Regional İnkişaf və İnfrastruktur naziri vəzifəsinə İrakli Karseladze təqdim edilib
Regional İnkişaf və İnfrastruktur naziri vəzifəsinə İrakli Karseladze təqdim edilib

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Naziri İrakli Karseladze olacaq, – bu barədə bəyanatı yeni baş nazir İrakli Ğaribaşvili verdi.

Ğaribaşvilinin qeyd etdiyinə görə, İrakli Karseladzenin iri laiyhələrin idarəsi ilə bağlı böyük təcrübəsi var.

“Regional İnkişaf və İnfrastruktur Naziri vəzifəsində Maia Tskitişviliyi onun birinci müavini İrakli Karseladze əvəz edəcək. O həmçinin avtomobil yolları departamentinin sədri vəzifəsində işləyirdi”, – dedi İrakli Ğaribaşvili.

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili iqtidarın yeni tərkibini bugün təqdim etdi.