Reqbi Avropa Çempionatı - Gürcüstan Almaniyanı böyük hesabla məğlubiyyətə uğratdı (video)

Kutaisidə “Aia Arenada”, “Reqbi Avropa Çempionatının” dördüncü turunun matçı Gürcüstan və Almaniya arasında başa çatdı. Görüşü “Borcğanosanilər” 52:3 hesabı ilə qazandılar.

Matçın qəhrəmanı Gürcüstan yığmasının gənc reqbiçisi, Mirian Modebadze oldu. Bu, onun üçün milli yığmada yeddinci oyunu idi. Hesabı da məhz elə o, açdı.

Bu, komandalar arasında keçirilən səkkizinci qarşılaşma idi. Almanlar hər səkkiz matçı uduzdular.

“Reqbi Avropa Çempionatının” turnir cədvəlində “Borcğanosanilər” dörd qələbə ilə, birinci yerdədilər. Almanlar isə, sonuncu yeri tuturlar.

Beşinci turda Gürcüstan yığması Rusiya ilə qarşılaşacaq. Matç martın 17-də Krasnodarda keçiriləcək. Görüşün birbaşa reportajını Birinci Kanal təqdim edəcək.