Ramzan Kadırov - Gürcüstan və Çeçenistan arasında yolun tikilməsi məsələsi siyasi xarakter daşıyır

Çeçenistanın lideri Ramzan Kadırov hesab edir ki, Çeçenistan və Gürcüstan arasında avtomagistralın tikilməsi lazımdır.

Rusiya medyası ilə söhbət zamanı Kadırov bəyan etdi ki, Çeçenistan və Gürcüstan arasında avtomagistralın tikilməsi Qafqaz üçün çox önəmlidir və o ümid edir ki, yaxın gələcəkdə, belə bir yolun tikilməsi mümkün olacaq.

“Bu məsələ siyasi xarakter daşıyır və belə gərgin bir vəziyyətdə bu layihənin reallaşdırılması yaxın gələcəkdə biraz çətin ola bilər. Halbuki, avtomagistral Qafqaza həqiqətən çox lazımdır. Əslində, İtum-Kalidən (Çeçenistanda bir rayon) Gürcüstana 40-50 dəqiqəlik yol var, oradan da Türkiyə və Avropaya gedilir.

Düşünürəm ki, bu məsələ ilə bağlı qonşularımızla, yəni Gürcüstanla münasibətlərimizi daha müsbət istiqamətə yönləndirmənin vaxtıdı gəldi” – dedi Kadırov.

Kadırov ümid etdi ki, Gürcüstan iqtidarında “tarixi bilən insanlar var, hansılar çeçenlər və gürcülərin əjdadlarının necə yaşadıqlarını yaşxı bilirlər”.