Qiuli Alasania - bir çox şeyə görə qəzəbliyəm, sən demə heç kim Mişanın tərəfdarı deyilmiş və heç kim razı deyilmiş
Qiuli Alasania - bir çox şeyə görə qəzəbliyəm, sən demə heç kim Mişanın tərəfdarı deyilmiş və heç kim razı deyilmiş

 
Sən demə heç kim Mixeil Saakaşvilinin tərəfdarı deyilmiş və heç kim razı deyilmiş, hamının küskün olduğu meydana çıxdı-bu barədə
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin anası Qiuli Alasania Saakaşvilini “Vivamed” klinikasında ziyarət etməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Alasanianın sözlərinə görə, vaxt keçir və Mixeil Saakaşvilinin səhhəti ilə bağlı “heç bir ekspertiza” aparılmır.

“Mən bir çox şeyə görə qəzəbliyəm. Çünki mən həmişə, yeri gəlmişkən, televiziyalardan, verlişlərdən eşidirəm ……bilirsiniz, mən heç onun tərəfdarı da olmamışam və mən olmamışam …… Sən demə heç kim heç vaxt onun tərəfdarı olmayıb və heç kim heç nə ilə razı olmayıb. Bu ölkədə hamının incidiyi ortaya çıxdı və bunun necə baş verdiyini bilmirəm. Ümumiyyətlə, bu vəziyyətə görə əldə edilənlərə incimişəm. Ölkədə cəmiyyət ümumilikdə aktiv olmalıdır və təəssüf ki, bilmirəm, daha az görürəm. Vaxt keçir və heç bir ekspertiza aparılmayıb, artıq iş günüdür və kiminsə gəlməsini gözləyirdim, lakin görünmür. Fakt odur ki, insan yemək qəbul edə bilmir və acdır”- deyə Q.Alasania bildirib.