Qırmızı Xaç Təşkilatında, ukraynalı hərbi əsirlərin bombalandığı Olenovki həbsxanasına hələ də çıxışın olmadığını bildirirlər
Qırmızı Xaç Təşkilatında, ukraynalı hərbi əsirlərin bombalandığı Olenovki həbsxanasına hələ də çıxışın olmadığını bildirirlər

 

Beynəlxalq Qırmızı Xaç Komitəsində , təşkilatın ukraynalı hərbi əsirlərin bombalandığı Olenovki həbsxanasına hələ də çıxışının olmadığını bildirirlər. Məlumatı “Deutsche Welle” yayır.

Qırmızı Xaç təşkilatında, maddi yardım təklifinin də qəbul edilmədiyini bildirirlər.

Bundan əvvəl yayılmış bəyanatda Rusiya Müdafiə Nazirliyi, BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin əraziyə baxış keçirmək üçün dəvət edildiyini bildirmişdi.

Şərqi Ukraynada Rusiyanın işğal etdiyi ərazidə yerləşən həbsxananın bombardıman edilməsində Ukrayna və Rusiya bir-birini günahlandırır. Rusiya ordusunun məlumatına görə, hücum nəticəsində 50 nəfər həlak olub, 73 nəfər yaralanıb. Donetsk bölgəsində Rusiyanın dəstəklədiyi separatçılar tərəfindən verilmiş məlumatda 53 nəfərin həlak olduğu deyilir. Ukrayna prezidenti Volodimir Zelenski qeyd edib ki, “50-dən çox insanın ölümünə səbəb olan bombardıman əvvəlcədən hazırlanmış rus hərbi cinayətidir”.