Qiorqi Qvimradze Avropa Yayımçılar Birliyinin onlayn sessiyasında iştirak edəcək
Qiorqi Qvimradze Avropa Yayımçılar Birliyinin onlayn sessiyasında iştirak edəcək

 

 Gürcüstan Birinci Kanalının Yeni və Cari Xəbərlər Xidmətinin rəhbəri Q. Qvimradze Avropa Yayımçılar Birliyi Akademiyasının Regional Tədris Mərkəzinin onlayn sessiyasında iştirak edəcək.

 Sessiya, “Covid-19” pandemiyası şərtlərində yeni  xəbər xidmətlərinin üzləşdiyi çağırışlarla bağlıdır.   Sessiyada həmçinin  Covid-19 şərtlərində  istifadəsi mümkün olan konstruktiv jurnalistikanın əsaslarına da toxunulacaq.  Qvimradze suallara cavab verəcək və Covid 19 Dünya pandemiyasını Gürcüstanın Birinci Kanalının necə işıqlandırması ilə bağlı danışacaq.

Hazırladı-Sevinc Mustafayeva