Qiorqi Qaxaria, Nikol Paşinyanı ad günü münasibətilə təbrik edib

 

 Gürcüstanın Baş naziri  Qiorqi Qaxaria, Ermənistanın Baş naziri Nikol Paşinyanı ad günü münasibətilə təbrik edib. Q. Qaxarianın təbrik  mətnini Ermənistanın Baş nazirinin veb səhifəsi   yayır.

     “Əziz  Nikol, ad gününüzü təbrik edir, sizə can sağlığı,  məsuliyyətli işinizdə uğurlar və  hər şeyin ən yaxşısını  arzulayıram. Fürsətdən istifadə edərək,  Gürcüstan və Ermənistan arasında ənənəvi dostluq və qarşılıqlı anlaşmaya əsaslanan sıx  münasibətlərin  gələcəkdə iki ölkənin xalqlarının və maraqlarının   xeyrinə   daha da dərinləşəcəyinə  və inkişaf edəcəyinə ümidvar olduğumu bildirmək istəyirəm  .Bir daha dərin hörmətimə sizi  əmin etmək və ölkələrimiz arasında əlaqələrin  dərinləşdirilməsi istiqamətində  hazırlıq ifadə etmək istəyirəm. Sizi ürəkdən təbrik edirəm, can sağlığı, uğurlar və hər şeyin ən yaxşısını arzulayıram “-deyə Q. Qaxarianın məktubunda deyilir.

Hazırladı-Sevinc Mustafayeva