Qiorqi Qaxaria - koronavirus pandemiyası ilə mübarizədə vətəndaşlarımızın yüksək məsuliyyəti, hökumətin sürətli hərəkəti və beynəlxalq dəstək əvəzsizdir
Covid-19 pandemiyasına qarşı mübarizədə vətəndaşlarımızın yüksək məsuliyyət hissi, hökumətin çevik hərəkəti və tərəfdaşlarımız tərəfindən beynəlxalq dəstək əvəzsizdir – bu barədə Gürcüstanın Baş naziri Qiorqi Qaxaria Twitter səhifəsində yazır.
Gürcüstan hökumətinin başçısı sözü gedən bəyanatla,”Washington Post” da ölkənin yeni növ koronavirusa qarşı mübarizəsinə həsr olunmuş məqaləyə reaksiya verir.
″Washington Post″ Gürcüstanı Covid-19 ilə mübarizənin ən uğurlu nümunələrindən biri olaraq göstərir. Məqaləyə əsasən, qlobal pandemiya kiçik ölkələrin bu kimi problemlərlə mübarizədə daha uğurlu olduğunu göstərib, ABŞ, B.Britaniya , Rusiya və Çin kimi güclü və böyük dövlətlərdə isə pandemiyanın təsiri xüsusilə ağırdır.
″Qonşu Rusiyada koronavirusun tüğyan etdiyi bir dövrdə , Gürcüstan sülh adasıdır. 3,75 milyon əhalisi olan ölkədə koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 700-dən azdır və 12 nəfər dünyasını dəyişib, bu da Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təqdirə layiq görülüb”deyə nəşrdə qeyd olunub.
Hazırladı-Sevinc Mustafayeva