Qiorqi Qaxaria- Birləşmiş Krallığın bu gün ev sahibliyi etdiyi Qlobal Peyvənd Sammitində Gürcüstanın uğurlu təcrübəsini dünya liderləri ilə zövqlə bölüşdüm
Qiorqi Qaxaria- Birləşmiş Krallığın bu gün ev sahibliyi etdiyi Qlobal Peyvənd Sammitində Gürcüstanın uğurlu təcrübəsini dünya liderləri ilə zövqlə bölüşdüm

 

 Birləşmiş Krallığın bu gün ev sahibliyi etdiyi Qlobal Peyvənd Sammitində Gürcüstanın uğurlu təcrübəsini dünya liderləri ilə zövqlə bölüşdüm-bu barədə Gürcüstanın Baş naziri Qiorqi Qaxaria  “Twitter”-də rəsmi səhifəsində yazır.

Gürcüstan hökumətinin başçısı Peyvənd və İmmunlaşdırma üzrə Qlobal Alyansa və bütün iştirakçılara qlobal səhiyyə sahəsindəki töhfələrinə görə təşəkkür edir.

″Birləşmiş Krallığın bu gün ev sahibliyi etdiyi Qlobal Peyvənd Sammitində Gürcüstanın uğurlu təcrübəsini dünya liderləri ilə zövqlə bölüşdüm. Peyvənd və İmmunlaşdırma üzrə Qlobal Alyansa və bütün iştirakçılara qlobal səhiyyə sahəsindəki töhfələrinə görə təşəkkür edirəm. Birlikdə yeni nəsillər üçün daha yaxşı və daha təhlükəsiz bir gələcək  yarada biləcəyik “- deyə Q. Qaxaria ″Twitter″  səhifəsində yazır.

 Hazırladı-Sevinc Mustafayeva