Qiqi Uqulava-mənim əfv aktımda Salome Zurabişvilinin imzasının olması faktdır,bu səbəbdən ona insanpərvərcəsinə minnətdarlığımı bildirirəm,baxmayaraq ki, xoş olmayan sözlərlə məni təhqir etdi
Qiqi Uqulava-mənim əfv aktımda Salome Zurabişvilinin imzasının olması faktdır,bu səbəbdən ona insanpərvərcəsinə minnətdarlığımı bildirirəm,baxmayaraq ki, xoş olmayan sözlərlə məni təhqir etdi

 

″Mənim əfv aktımda Salome Zurabişvilinin imzasının olması faktdır,bu səbəbdən ona insanpərvərcəsinə minnətdarlığımı bildirirəm,baxmayaraq ki, xoş olmayan sözlərlə məni təhqir etdi″-bu barədə həbsxanadan çıxdıqdan sonra Avropalı Gürcüstan partiyasının liderlərindən olan,Qiqi Uqulava jurnalistlərə bildirib.

″Bu gün bir az kürəyim ağrıyırdı  və televizora baxmamışam.Onu qoşanda ,təxminən doqquzun yarısı idi və yazılmışdı ki, prezident Uqulava və Okruaşvilini əfv edib.Daha sonra Salome Zurabişvilini göstərdilər və xoş olmayan sözlərlə məni təhqir edirdi .Baxmayaraq ki, 100 il keçsə belə nə mən ,nə də Okruaşvili Salome Zurabişvilinin yadına düşməzdik, fakt odur ki,   əfv aktımda Salome Zurabişvilinin imzası var,bu səbəbdən ona insanpərvərcəsinə minnətdarlığımı bildirirəm,baxmayaraq ki, xoş olmayan sözlərlə məni təhqir etdi″-deyə Uqulava bildirib.

Gürcüstan prezidenti Qiqi Uqulava və İrakli Okruaşvilini bu gün əvf edib.

 

Hazırladı-Sevinc Mustafayeva