Qida obyektlərinin funksiyası məsələsi ilə bağlı Milli Qida Agentliyində işgüzar görüş keçirildi

Milli Qida Agentliklərinin nümayəndələri ictimai qida obyektlərinin fəaliyyətinin bərpası ilə bağlı restoran və mehmanxanaların biznes sahə asosiasiyaları ilə görüşdülər və mövcud olan çağırışlar fonunda qoyulan məhdudiyyətləri və verilən rekomendasiyaları müzakirə etdilər.

“Agentlik biznes-sektor ilə əməkdaşlıq etməyə hazırdır. Turizm sezonu üçün qida obyektlərinin maneəsiz işləmələri vacibdir və bunun koronavirusa qarşı tətbiq edilən təhlükəsizlik qaydaları və qida standartlarının qorunması ilə birbaşa əlaqəsi var” – dedi Milli Qida Agentliyinin rəhbər müavini Vasil Basiladze.

Milli Qida Agentliyinin nümayəndələri gərəkən halda, konsultasiya görüşlərinin keçirilməsi üçün hazır olduğunu bildirdilər.

Biznesasosiasiyalar isə, bəyan etdilər ki, sektor bütün tələblərinin nəzərə alınması üçün maksimal şəkildə səfərbər olunub.

Görüşdə Qastronomiya turizmi biznesasosiaysiyasının, restoranlar asosiyasiyasının, mehmanxanalar və restoranlar federasiyasının, qastronomiya asosiyasiyasının nümayəndələri iştirak edirdilər.