Qazaxıstanda mədəndə baş verən yanğında azı 21 nəfər həyatını itirib
Qazaxıstanda mədəndə baş verən yanğında azı 21 nəfər həyatını itirib

Qazaxıstanda şaxta yanğını nəticəsində azı 21 nəfər ölüb. Məlumatı “BBC” yayır.

Mədəndə işləyən 252 nəfərdən 23-ü itkin düşmüş hesab olunur.

Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev həlak olanların ailələrinə başsağlığı verib və mədənin sahibi olan “ArcelorMittal” şirkəti ilə “investisiya əməkdaşlığının” dayandırılmasını tələb edib.