Qaçqınların mənzil ilə təmin edilməsi üçün əlavə 150 milyon lari ayrılacaq
Qaçqınların mənzil ilə təmin edilməsi üçün əlavə 150 milyon lari ayrılacaq

“Yaxın zamanda, qaçqınların tezliklə mənzil ilə təmin edilməsi üçün büdcədən əlavə 150 milyon lari ayrılacaq”, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria parlamentdə verdi.

Giorgi Qaxaria qeyd etdi ki, bu məbləğ, krizis zamanı, inşaat sektoruna birbaşa dəstək olacaq.

“İnşaat sektoruna dəstək verilməlidir ki, 2008-ci ildə baş verən krizis hadisələri təkrarlanmasın və mənzil almaq üçün pul qoyan insanlar yenə küçədə qalmasınlar” – dedi Giorgi Qaxaria.