Q.Qaxaria-ölkənə, vətəndaşına xidmət etməkdən,onun sağlamlığını və həyatını qorumaqdan daha şərəfli heç nə yoxdur
Q.Qaxaria-ölkənə, vətəndaşına xidmət etməkdən,onun sağlamlığını və həyatını qorumaqdan daha şərəfli heç nə yoxdur

 

Ölkənə, vətəndaşına xidmət etməkdən,onun sağlamlığını, həyatını və sülh içində gündəlik həyatını qorumaqdan daha şərəfli heç nə yoxdur –Gürcüstanın baş naziri Qiorqi Qaxaria Polis Gününə həsr olunmuş  tədbirdə polislərə belə müraciət edib.

Daxili İşlər naziri,Vaxtanq Qomelauri və Q.Qaxaria  Polis Gününə həsr olunmuş tədbirdə DİN-nin müxtəlif departamentlərinin 10 əməkdaşını ″Xüsusi xidmətə görə″ medallarla təltif ediblər.

Gürcüstanın Baş naziri Qiorqi Qaxaria   Kvemo Kartli Polis İdarəsinin direktoru,polis  polkovniki  Laşa Qoqniaşviliyə I dərəcəli medalı – “Xüsusi xidmətə görə”  şəxsən təqdim edib. II dərəcəli medal – “Xüsusi xidmətə görə”, nazirliyin müxtəlif struktur bölmələrinin işçilərinə verildi: Analitik -informasiya şöbəsi – Otar Çelidze, “112” İctimai Təhlükəsizliyin İdarəedilməsi  Mərkəzi – Avtandil Çitadze, Fövqəladə Halların İdarəedilməsi Xidməti – Manuçar Marqiani, Patrul Polis İdarəsi – Aleksandre Birtvelişvili ,Xüsusi Tapşırıqlar Departamenti – Ramaz Taraşvili, Mərkəzi Kriminal Polis Departamenti – Bakur Kurtanidze, Tbilisi Polis İdarəsi – Tariel Alavidze, Ekspert-Kriminalistika İdarəsi –  Aleksandre Dadianidze, Mühafizə Polisi İdarəsi – Karlo Uruşadze.

 Daxili İşlər Naziri adından, Peşə Günü münasibətilə  nazirliyin  5000-ə yaxın əməkdaşı müxtəlif mükafatlara layiq görülüb.

 

Hazırladı-Sevinc Mustafayeva