Prokurorluq - Eka Giqauri və İrma Pavliaşvili istintaq üçün önəmli məlumat verməkdən imtina edirlər
Prokurorluq - Eka Giqauri və İrma Pavliaşvili istintaq üçün önəmli məlumat verməkdən imtina edirlər

Gürcüstanın baş prokurorluğu “Beynəlxalq Şəffaflıq – Gürcüstan” qeyri-hökümət təşkilatının icraçı direktoru Eka Giqauri və “Gənc Hüquqşünaslar Asosiyasiyasının” icraçı direktoru İrma Pavliaşvilinin sorğulanması ilə bağlı rəsmi məlumat yayır.

Baş istintaq idarəsi qeyd edir ki, saxta şəxsiyyət vəsiqələrinni hazırlanması faktı ilə əlaqədar yayılan məlumatla bağlı başladılan istintaq çərçivəsində, qeyd olunan QHT-lərin nümayəndələri bildikləri məlumatı verməkdən imtina edirlər.

İdarənin qeyd etdiyinə görə, məsələ ilə bağlı effektiv istintaqın keçirilməsi üçün qeyd olunan şəxslərdə olan məlumat önəmlidir və onlar yaydıkları məlumatın mənbəsini açıqlamalıdırlar.