Beynəlxalq Şəffaflıq – Gürcüstan, 2018-ci ilin prezident seçkiləri kampaniyalarının maliyyələşdirilməsi haqqında hesabat yayır
Beynəlxalq Şəffaflıq – Gürcüstan, 2018-ci ilin prezident seçkiləri kampaniyalarının maliyyələşdirilməsi haqqında hesabat yayır

Beynəlxalq Şəffaflıq – Gürcüstan, 2018-ci ilin prezident seçkiləri kampaniyalarının maliyyələşdirilməsi haqqında hesabat yayır.

Hesabat cari ilin avqustun 1-dən oktyabrın 15-nə qədər müddəti əhatə edir.

Təşkilatın məlumatına görə, Gürcü Arzusunun dəstəklədiyi namizəd Salome Zurabişvili və kvalifikasiyalı partiyaların beş namizədi tam olaraq, 6 milyon 762 283 lari məbləğində gəlir aldılar. Bu məbləğin 61 faizi və yaxud 4 milyon 145 207 lari Salome Zurabişviliyə verildi.

Həmin hesabata əsasən, gəlirlər baxımından ikinci yerdə birləşmiş müxalifətin prezident namizədi Qriqol Vaşadzedir, hansı ki, 1 milyon 360 min 46 lari alıb.

“Avropa Gürcüstanı”-nın namizədi Davit Bakradzenin seçki kampaniyasının gəliri isə, 864 046 laridir.

Hesabatda namizədlərin bank kreditləri, xərcləri və ödəmələri haqqında da söz edilir.

Hesabata görə, bu baxımdan da Salome Zurabişvili liderlik edir.  Təşkilat dövlət auditinə tövsiyyə edir ki, bu məsələyə diqqət yetirsin və mövcud oduğu halda, pozuntuları aşkarlasın.