Prokuror - Mamuka Xazaradze, istənilən insanın tərtib edə biləcəyi, adi kağızda çap olunmuş mətni gətirdi
“TBC Bankın” təsisçisi Mamuka Xazaradze sorğu olunduğu zaman istənilən insanın tərtib edə biləcəyi, adi kağızda çap olunmuş mətni gətirdi, – bu barədə prokuror, Arçil Tğeşelaşvili bəyan etdi.
Prokurorun dediyinə görə, Xazaradze bəyan edir ki, məktubu ona vasitəçi gətirdi və onun kimliyini açıqlamır.
Onun bəyan etdiyinə görə, qeyd olunan məktub Prokurorluğa hələlik verilməyib.
Bununla yanaşı onun qeyd etdiyinə görə, məktub üzrə bütün istintaq tədbirləri görüləcək.
Suala ki, Daxili İşlər nazirini dindirilməyə çağıracaqlar ya yox, prokuror bəyan edir ki, istintaq tədbirləri məktubun alınmasından sonra planlaşdırılacaq.
“TBC Bankın” təsisçisi Mamuka Xazaradze bəyan edir ki, sorğuya məktubun surətini apardı, oroijinalı isə, Londona ekspertizaya göndərilib.
“TBC Bankın” təsisçisi Parlamentin maliyyə-büdcə komitəsinin iclasında bəyan etdi ki, prezident seçkilərinin ikinci turundan əvvəl hədə-qorxu tərkibli məktub qəbul etdi. Parlamentin maliyyə-büdcə komitəsinin iclasında Xazaradzenin məktubu ilə bağlı sualı müxalifətçi deputat, İrma Nadiraşvili verdi. Mamuka Xazaradzenin bəyanatına Dİ naziri, Giorgi Qaxariya şərh verdi. Onun dediyinə görə, o, məktublar yazmır və sözünü hamının üzünə deyir.