“Yayımlar haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlı, Gürcüstan prezidenti İctimai Yayımçının İcraçı Şurasının üzvləri ilə görüşür.
Görüş başlamamışdan əvvəl şərhlər verilməyib.
İctimai Yayımçının baş direktoruna Rustavi 2 teleşirkəti sual ilə müraciət etdi – “bir çox milyonlu büdcəniz olduğu zaman, bu təqdirdə əlavə dəyişikliklərin həyata keçirilməsi nəyə görə lazım gəlir”. Vasil Mağlaperidze cavab verdi:
“Bu çox yaxşı layihədir və bütün mətbuatın inkişafına imkanlar yaradacaq. Maraqlanırsınızsa, üstünlü şəraitdə həqiqətən deyil. Milyonlardan söhbət gedəndə, özəlliklə də sizdən, Rustavi 2-dən xahiş edirəm, bir televizyanın yaradılmasına yetərli olan həcmində, dövlət tərəfindən bağışlanan, büdcədən bağışlanan borcları xatırlayasınız”, – İctimai Yayımçının baş direktoru qeyd etdi.
Buna qədər prezident administrasiyasında mediya və QHT bölməsinin nümayəndələri ilə görüş keçirildi.
“Yayımlar haqqında” qanunvericilik zərfini Gürcüstan parlamenti, 85 leyhinə, 6 əleyhinə olaraq dekabrın 14-də təsdiq etdi.