Polşanın yeni çağırış parlamenti bu gün ilk dəfə toplaşacaq və rəsmən öz işinə başlayacaq
Polşanın yeni çağırış parlamenti bu gün ilk dəfə toplaşacaq və rəsmən öz işinə başlayacaq

Polşada yeni çağırış parlamenti bu gün rəsmən işə başlayır. Mətbuatın yazdığı kimi, saat 12:00-da Seymin ilk iclası keçiriləcək. Polşa Prezidenti Anjey Duda yeni seçilmiş deputatlar qarşısında çıxış edəcək, daha sonra Seymin yeni sədri seçiləcək.

Mətbuatın yazdığına görə, bu gün yeni seçilən deputatların andiçmə mərasimi keçiriləcək. Həmçinin ilk iclasda baş nazir rəsmən istefa verəcək, prezident isə seçilmiş namizədə hökuməti qurmaq mandatı verəcək.

Xatırladaq ki, Polşa Prezidenti Anjey Duda hökumətin formalaşdırılmasını Polşanın Baş naziri Mateuş Moravietskiyə həvalə edib.