Polşanın Böyük Britaniyaya həmrəylik bəyan etməsi və ölkədən rus diplomatlarının qovması mümkündür
Polşanın Böyük Britaniyaya həmrəylik bəyan etməsi və ölkədən rus diplomatlarının qovması mümkündür, – bu barədə məlumatı Polşa nəşrlərindən biri yayır.
Onların məlumatına görə, Varşava Rusiyaya qarşı sanksiyaların tədbiq olunması məsələsini müzakirə edir. Diskusiya isə, Böyük Britaniya, Sergey Skripali və onun qızının zəhərləndirilməsində Rusiyanı açıqca təqsirləndirdikdən sonra başladı.
Polşa Xarici İşlər nazirinin dediyinə görə, Solsberin insidenti işarə edir ki, Rusiya partnyor deyil və etibar etmək olmaz.
Böyük Britaniyanın baş naziri, Tereza Mey bəyan etdi ki, Britaniya Rusiya Ali Hakimiyyəti ilə hər cür əlaqələri kəsir.
Martın 12-də Tereza Mey Moskvaya 24 saatlıq ultimatum irəli sürdü və keçmiş rus kəşfiyyatçısı, Sergey Skripali və onun qızının zəhərləndirilməsi işi üzrə açıqlamanın verilməsini tələb etdi, əks təqdirdə sanksiyalarıa hədələdi. Birləşmiş Krallıq hesab edir ki, böyük ehtimalla, Skripalinin zəhərləndirilməsində Rusiya günahkardır.