Polşa və Almaniya prezidentləri Veluen şəhərində İkinci Dünya Müharibəsi qurbanlarının xatirəsini yad etdilər
Polşa və Almaniya prezidentləri İkinci Dünya Müharibəsi qurbanlarının xatirəsini yad etdilər.
İkinci Dünya Müharibəsinin başlamasının 80 illiyinə həsr olunmuş tədbirlər Veluen şəhərində bir dəqiqəlik sükutla başladı. Az sonra isə, liderlər nitqlə çıxış etdilər.
Almaniya Federasiyası prezidenti, Frank-Valter Ştaynmayerin bəyan etdiyinə görə, Almaniya İkinci Dünya Müharibəsi məsuliyyətini heç bir zaman unutmayacaq. Nitqin sonunda Almaniya prezidenti polyak dilində üzr istədi.
1939-cu ilin sentyabrın birində faşist Almaniya aviasiyası Veluen şəhərini bombaladı. Nəticədə 1 200 insan həlak oldu.