Polis işçisinə hücum və hədə ittihamı ilə bir nəfəri yaxaladılar
Polis işçisinə hücum və hədə ittihamı ilə bir nəfəri yaxaladılar

Daxili İşlər Nazirliyinin İmereti, Raça-Leçxumi və Kvemo Svaneti Polis Departamentinin Bağdadı rayon idarəsinin əməkdaşları 1972-ci il təvəllüdlü A.S.-nı, polis işçisinə hücum və hədə ittihamı ilə, Bağdati munisipalitetinin Xani kəndində yaxaladılar. DİN-in məlumatına görə, cinayət 7 ildən 11 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

“Hadisə nəticəsində xəsarət alan polis işçisinə ilkin tibbi yardım göstərildi və o, hazırda xidmət vəzifəsini yerinə yetirməyi davam etdirir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 353-cü prima maddəsinin ikinci hissəsi və 151-ci maddəsinin birinci hissəsi ilə aparılır”, – DİN-də bəyan edirlər.