PCR laboratoriyanın Marneulidə də yerləşdirilməsi ehtimal olunur

Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bəyan edir ki, Marneulidə PCR laboratoriyanın yerləşdirilməsi ehtimal olunur.

“Ümumiyyətlə Kvemo-Kartli bütün ölkədən zərər görənlərin 32 faizini təşkil edir, yəni orda tam 189 hal qeydə alınıb. Ona görə də, orda əlavə tədbirlər görməliyik ki, infeksiya miqyası artmasın.

Azərbaycan dilli əhali ilə problemlərimiz yaranır. Xalqı termoskriniqə razı etmək üçün bu məsələyə yerli liderlərin qoşulması lazımdır.

Çalışırıq ki, Marneulidə “Ceohospitalın” bazasında PCR laboratoriya yaradaq ki, əhaliyi Tbilisiyə gətirmək məcburiyyəti olmasın” – dedi Amiran Qamkrelidze.