Daha bir neçə laboratoriya açılır və vətəndaşlar üçün testləşdirməyə əlçatarlılıq daha da genişlənəcək
Daha bir neçə laboratoriya açılır və vətəndaşlar üçün testləşdirməyə əlçatarlılıq daha da genişlənəcək

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidzenin bəyan etdiyinə görə, Gürcüstan vətəndaşları üçün testləşdirməyə əlçatarlılıq daha da genişləndiriləcək ki, bu da epidemiya ilə mübarizənın istiqamətlərindən biridir. Qamğrelidzenin dediyinə görə, ölkədə bir neçə özəl laboratoriya açılacaq.

“Bizim son bir ay ərzində “PCR” testinin orta göstəricimiz 9 800-dür, yəni 10 min. Güc hər gün artır, 12-13 minə qədər çıxa bilərik. Bununla yanaşı, son iki həftədən artıqdır ki, antigen testi fəal daxil oldu və bunun böyük promosiyası aparılır. Orta götürülərək 2500-dən 3000-ə qədər çıxdıq. Qızıl standart olaraq yenə “PCR” test qalır. Testləşdirmənin genişləndirilməsi ümumiyyətlə epidemiya ilə mübarizənın əsas istiqamətlərindən biridir. Getdikcə genişləndiririk. Güman edildiyinə görə, gələn iki həftə ərzində iki qat olacaq, antigen testi 5 min, 6 min, 8 minə qədər artacaq. Ölkəyə bir böyük aparat əlavə olunacaq. Belə deyək, böyük bir kombayn. Bunun vasitəsilə də, gündə təxminən 1 500 testlə artıraq. Bir neçə yeni laboratoriya açılır və yaxın iki, üç həftə ərzində gündə 2 000, 3 000 “PCR” testin artırılması mümkündür”, – Qamğrelidze bəyan etdi.