Piter Vibler - Seçki islahatı hələ müzakirə prosesindədir və ABŞ iqtidarının bu prosesə olan mövqeyini dəstəkləmək istəyirəm
Gürcüstan parlamenti biraz bundan öncə, parlamentin iqtidar fəaliyyətinə nəzarət etməsi ilə bağlı qəbul etdiyi prosedur qaydalarının qüvvəyə salınması ilə, tərəqqiyə nail odu, – bu barədə bəyanatı Cənubi Qafqazda USAİD missiyasının direktoru Piter Vibler verdi.
Piter Vibler Gürcüstan parlamentinin hüquqi məsələlər üzrə komitəsi tərəfindən hazırlanan 2019-cu ilin fəaliyyət hesabatının təqdimatında nitqlə çıxış etdi.
Öz çıxışında Piter Vibler Gürcüstan parlamenti tərəfindən tətbiq olunan yeniliklər, həyata keçirilən islahatlar və seçki sistemi ilə bağlı yeniliklər haqqında danışdı.
“Bəzi islahatlar, xüsusi ilə də, seçki sistemi ilə bağlı islahat müzakirə prosesindədir və ABŞ iqtidarının bu prosesə dəstəyini və partiyalar arasında dialoqu mən də dəstəkləmək istəyirəm.
Onun dediyinə görə, parlament tərəfindən təqdim edilən bəzi təşəbbüs qanunverci orqana iqtidarı nəzarət etmək üçün mandat verir.
“Mütləq qeyd edilməlidir ki, parlament qüvvəyə saldığı prosedur qaydaları ilə müəyyən proqresə nail oldu və həmin qaydalar parlamentə iqtidara nəzarət etmək imkanını verirlər” – dedi Vibler.