Peşə İnkişafı Şurası üç həkimin dövlət sertifikatının fəaliyyətini müxtəlif müddətə dayandırıb
Səhiyyə Nazirliyində Peşə İnkişafı Şurasının növbəti iclası keçirilib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, şura üzvləri həkimlərin peşə məsuliyyəti ilə bağlı beş məsələni müzakirə ediblər və altı həkimin peşə məsuliyyəti ətrafında fikir mübadiləsi aparıblar.
İdarədən verilən məlumata görə, Peşə İnkişafı Şurasının qərarı ilə üç həkimin dövlət sertifikatının fəaliyyəti müxtəlif müddətə dayandırılıb, iki həkimə yazılı xəbərdarlıq edilib.
“Peşə İnkişafı Şurası funksiya və səlahiyyətləri çərçivəsində həkimlərin peşə fəaliyyətinin hərtərəfli və ətraflı öyrənilməsini təmin edir. Şuranın üzvləri pasiyentə göstərilən tibbi xidmətin keyfiyyətini, tibb işçiləri tərəfindən mümkün səhlənkarlıqları, peşə məsuliyyətini, pasiyentə yönəlik vicdansız/etik olmayan, pis rəftar hallarını müzakirə edirlər.
Aşkarlanmış qanun pozuntularını nəzərə alaraq, şura tibb işçilərinin fəaliyyət hüququna xitam vermək və ya optimal müddətə dayandırmaq, peşə reabilitasiyası kursuna göndərmək və yazılı xəbərdarlıq etmək səlahiyyətinə malikdir”-deyə Səhiyyə Nazirliyində bildirirlər.