Paytaxt meriyası Vera bağı və Tbilisi Dendrologiya parkının reabilitasiyasını planlaşdırır
Paytaxt meriyası Vera bağı və Tbilisi Dendrologiya parkının reabilitasiyasını planlaşdırır.
Bu barədə bəyanatı paytaxtın meri Kaxa Kaladze munisipalitetin hökümət iclasında verdi.
Onun dediyinə görə, Tbilisidə park mədəniyyəti yaradılır və rekreasiya zonalarından hər nəslin insanları istifadə edə biləcəklər.
Kaxa Kaladze müavini Maia Bitadzeyə Vera Bağı və Dendrologiya parkı layihələrinin maliyyələşdirilməsi üçün vəsaitlərin axtarılmasını həvalə etdi.
Dendrologiya parkı Tbilisi Dənizi ərazisində, təqribən 150 hektar ərazidə yerləşir və Kaxa Kaladzenin dediyinə görə, orada da şəhər parkı tikilə bilər.
Müxtəlif beynəlxalq maliyyə institularının yardımı ilə, Vera bağı və Tbilisi Dendrologiya parkının layihə işlərini Meriyanın ətraf mühitin müdafiyəsinin şəhər xidməti həyata keçirəcək.