Paytaxt icra hakimiyyətində Tbilisinin 2021-ci ilin büdcə layihəsi müzakirə olundu

Paytaxt icra hakimiyyətində Tbilisinin 2021-ci ilin büdcə layihəsi müzakirə olundu.

İlkin sənədlərə əsasən, 2021-ci ildə, paytaxt meriyası 840 milyon lari xərcləyəcək, bu da 2020-ci ilin büdcəsindən 181 milyon lari ilə əksikdir. Ancaq, Tbilisi “Sakrebulosunda” qeyd edirlər ki, bu büdcə layihəsinin ilkin variantıdır və Sakrebulo büdcədən yenə 100 milyon larinin transferini gözləyir, belə ki,  Tbilisi büdcəsi 2021-ci ildə bir milyard lariyə qədər arta bilər.

Prioritet olaraq, yenə infrastruktur layihələri və sosiyal yardımlar qalır.

Müxalifətin bir hissəsi Tbilisinin büdcə layihəsini dəstəkləməyi düşünmür, çünki hesab edir ki, layihə əhalinin maraqlarını əks etdirmir.

Bugünki müzakirədə “Milli Hərəkat” və “Avropa Gürcüstanının” nümayəndələri iştirak etmirdilər, çünki onlar boykot rejimindədirlər.

Meriya paytaxt büdcəsinin maliyyə sənədini dekabrın 10-na qədər Tbilisi Sakrebulosuna qaytarmalıdır. Sakrebulo isə, büdcəyi dekabrın 20-nə qədər təsdqiləməlidir.