Pavlo Rozenko - Xurvaletidə mövcud durum açıq-aydın nümunədir ki, bir insanın xəstə ambisiyasına görə insanlar əzab çəkirlər
Pavlo Rozenko - Xurvaletidə mövcud durum açıq-aydın nümunədir ki, bir insanın xəstə ambisiyasına görə insanlar əzab çəkirlər

Ukrayna baş nazir müavini Pavlo Rozenko nazir Sozar Subari ilə birlikdə işğal xətti sərhədində olan Xurvaleti kəndində idi.

Pavlo Rozenkonu Dövlət təhlükəsizliyi Xidməti yerində işğal xəttində yaranmış durum ilə tanış etdi. Pavlo Rozenko tikanlı məftillərin ikinci trəfində yaşayan Data Vanişvili ilə söhbət etdi və işğal xəttində yaşayarkən yerlilərə yaranan bütün problemlər haqqında məlumat aldı.

Ukrayna baş nazir müavini Rusiyanı dünyada qeyrisabit mənbə kimi dəyərləndirdi.

“Xurvaletidə mövcud durum açıq-aydın nümunədir ki, bir insanın xəstə ambisiyasına görə insanlar əzab çəkirlər. Ukraynada daha da ağır durumdur. Çünki bu cür xəttə müharibəyə görə yaxınlaşmaq mümkün deyil. Biz hər çeyi edirik ki, Ukraynanın borderizasiyasına yol verməyək. Rusiyaya qarşı sanksiyalar davam etdirilməlidir və beynəlxalq ictimayyət tərəfindən daha artıq təziq lazımdır”, – işğal xəttində olarkən Ukrayna baş nazir müavini bəyan etdi.

Xurvalitiyə qədər Ukrayna hökuməti nümayəndələri Serovanidə qaçqınların məskunlaşdığı yerdə idilər və sosial müəssisəni gözdən keçirdilər.