Patriarxlıq mayın 17-si ilə əlaqədar bəyanat yayır
Patriarxlıq mayın 17-si ilə əlaqədar bəyanat yayır

 

Gürcüstan Patriarxlığı mayın 17-si ilə əlaqədar bəyanat yayır. Bəyanatda da deyildiyi üzrə, bu il həm paraklis, həm də dua yürüşü bir tərəfdən Ailə Gününə, digər tərəfdən isə Gürcüstanda, Ukraynada və bütün dünyada sülhə həsr olunacaq.

Patriarxlıqdan, bu il ailə müqəddəsliyi və möhkəmliyinin müdafiəsi günündə Atsğurinin Müqəddəs Məryəmin ikonasının Tbilisiyə gətiriləcəyi bildirilir.

“Ənənəvi olaraq, ikona mayın 11-də din xadimlərimiz tərəfindən Ofredən (Türkiyə Respublikası) gətirilib və çərşənbə axşamı saat 12:30-da, Kaşvetinin Müqəddəs Qiorqi kilsəsinə qoyulacaq, məbəddə paraklis yerinə yetiriləcək, daha sonra isə müqəddəs ikonalarla Sioni Ana Kilsəsi istiqamətində dua yürüşü keçiriləcək. Sioninin kiçik məbədlərinə böyük müqəddəslərin -Müqəddəs Davit Qarejelinin “Lütf Daşı” və şəhid Qiorqinin müqəddəs hissəsi gətiriləcək , möminlər onlara yaxınlaşmaq imkanı əldə edəcəklər. Bu il həm paraklis, həm də dua yürüşü bir tərəfdən Ailə Gününə, digər tərəfdən isə Gürcüstanda, Ukraynada və bütün dünyada sülhə həsr olunacaq.

Dəfələrlə bəyan etmişik ki, Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar bizim ən böyük ürək ağrımızdır. Müharibə dəhşətdir. Minlərlə insanın həyatına son qoyur, ailə xoşbəxtliyi qurban gedir. Həmin gün Sioni Katedralınin həyətində ailə və sülh mövzusunda uşaqların rəsmlərinin sərgisi keçiriləcək. Dualar və yürüşlə birləşək, vətənin ailədən başladığı, möhkəm və güclü ailənin ölkənin möhkəmliyi və qüdrətinin ilkin şərti olması ruhu ilə birləşək”- deyə bəyanatda deyilir.