Pasxa bayramı ilə əlaqədar Tbilisi-Batumi və Tbilisi-Poti istiqamətində əlavə qatarlar təyin olunur
Pasxa bayramı ilə əlaqədar Tbilisi-Batumi və Tbilisi-Poti istiqamətində əlavə qatarlar təyin olunur. Məlumatı Gürcüstan Dəmir Yolları yayır.
“Hörmətli sərnişinlər !
Pasxa bayramı ilə əlaqədar aprelin 21-i, 22-i, 23-ü, 24-ü və 25-də Tbilisi – Poti – Tbilisi və 22-i, 23-ü, 24-ü və 25-i Tbilisi – Batumi – Tbilisi istiqamətində Gürcüstan Dəmir Yolları əlavə reyslər təyin edir :
Biletləri əldə etmək olar:
Veb-saytımız vasitəsilə – ticket.railway.ge; Sürətli ödəniş aparatları ilə, Gürcüstan Dəmir Yollarının kassalarında, Gürcüstan Dəmir Yollarının tərəfdaş şirkətləri vasitəsilə”- deyə məlumatda qeyd olunub.

