Partlayışın baş verdiyi Amaşukeli küçəsində vəziyyət necədir
Partlayışın baş verdiyi Amaşukeli küçəsində vəziyyət necədir

 

Tbilisidə, Nutsubidze platosunda, Elquja Amaşukeli küçəsində hüquq-mühafizəçilər   və Fövqəladə Hallar Xidmətinin nümayəndələri işləyirlər.Təcili tibbi yardım avtomobilləri də ərazidədirlər.

Partlayış qaz doldurma məntəqəsində baş verib.Bu vaxta olan məlumata əsasən, bir nəfər xəsarət alıb.

Yanğın artıq lokallaşdırılıb.Ərazidə beş  yanğın-xilasedici  qrup çalışır.

 Hazırladı-Sevinc Mustafayeva