Parlamentin yanında keçirilən aksiyada hüquqmühafizəçilər iki nəfəri həbs etdilər
Müxalifətin gənclər təşkilatının aktivistləri parlamentin arxa girişinin yanındaki “müvəqqəti divarda” yazılar yazmağa çalışdılar, ancaq polis əməkdaşları onlara mane oldular.
Aksiya iştirakçılarının bəyanatına görə, onlar divarda Sovet İttifaqı simvolikasını çəkmək istəyirdilər və aksiya polislə qarşıdurmaya çevrildi.
Qeyd olunan faktlara görə, hüquqmühafizəçilər Ruska Mçedlidze və Nikoloz Narsia həbs edildilər.
“Bu Bidzina İvanişvilinin rus iqtidarıdır və biz divarda Sovet İttifaqının simvolikasını çəkmək istədik, məhz buna görə, Ruska Mçedlidze və Nikoloz Narsia həbs edildilər. Onları zorla maşına mindirdilər. Əlbəttə ki, etiraza davam edəcəyik” – dedi aksiya iştirakçılarından biri.
Daxili İşlər Nazirliyinin Birinci Kanala verdiyi məlumata görə, aksiyada iştirak edən iki nəfər polisə müqavimətə görə həbs edildi.