Parlamentin yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları və aksiya iştirakçıları arasında növbəti qarşıdurma yaşanır
Parlamentin yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları və aksiya iştirakçıları arasında növbəti qarşıdurma yaşanır

 

Parlamentin arxa girişi yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları və aksiya iştirakçıları arasında növbəti qarşıdurma yaşanır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına parlament binasının girişinə yaxınlaşmaq üçün imkan vermirlər.

Aksiya iştirakçıları polis kordonunu yarmağa çalışırlar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarının bəzilərini ərazidən uzaqlaşdırırlar.