Parlamentin yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları və aksiya iştirakçıları arasında fiziki qarşıdurma yaşanır
Parlamentin yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları və aksiya iştirakçıları arasında fiziki qarşıdurma yaşanır

 
Parlamentin yaxınlığında davam edən aksiyada hüquq-mühafizə orqanlarının əməkdaşları və aksiya iştirakçıları arasında fiziki qarşıdurma yaşanır.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanunverici orqanın girişində əyləşmiş “Yeni” partiyasının liderləri Nika Melia, Nika Qvaramia və Baço Dolidzeni ərazidən çıxarmağa cəhd etməsindən sonra qarşıdurma başlayıb.

Qarşıdurma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə nəfəri ərazidən çıxarıblar.

Aksiyanın digər iştirakçıları eləcə də Çitadze küçəsi tərəfdən qanunverici orqanın girişinə yaxınlaşmağı tələb edirdilər və “Gürcü Arzusu”nun deputatlarının binanı sərbəst şəkildə tərk etməsinə icazə verməyəcəklərini deyirdilər.