Parlamentin plenar iclasında maska taxma qaydalarının pozulması haqqında qanunlayihə ilə bağlı müzakirə aparılacaq
Parlamentin plenar iclasında maska taxma qaydalarının pozulması haqqında qanunlayihə ilə bağlı müzakirə aparılacaq

Bugün Parlamentin plenar iclasında maska taxma qaydalarının pozulması haqqında qanunlayihə ilə bağlı müzakirə aparılacaq.

Qanunlayihəyə əsasən, qapalı məkanda tibbi maska taxmaq məcburi olur və qanunun pozulduğu təqdirdə cərimə fiziki şəxs üçün 20 lari, hüquqi şəxs üçün 500 lari olacaq.

Requlyasiyalar ictimai nəqliyyat vasitələri və taksilərə də aid olacaq.

Müxalifət isə tələb edir ki, cərimələrin olduğu halda, iqtidar tibbi maskaları əhali üçün əlyetərli etsin.

“Avropa Gürcüstanı” və “Milli Hərəkat” boykot elan ediblər və parlamentin bugünki sesiyasında iştirak etməyəcəklər.