Parlamentin harada yerləşəcəyi ilə bağlı məsləhətləşmələr keçiriləcək
Parlamentin harada yerləşəcəyi ilə bağlı məsləhətləşmələr keçiriləcək

Parlament əksəriyyəti Gürcüstan parlamentinin harda yerləşəcəyi ilə bağlı məsləhətləçmələr keçirəcək.

Deputatların bir hissəsi hesab edir ki, parlament Kutaisidə olmamalıdır.

Parlamentin reqlament layihəsinin müəllifi Tamar Çuqoşvili bəyan eidr ki, qeyd olunan məsələ ilə bağlı müzakirələr davam edəcək.

Gürcüstan parlamentinin reqlament dəyişiklikləri layihəsinin təşəbbüskarları parlament əksəriyyətinin üzvləri İrakli Kobaxidze, Tamar Çuqoşvili, İrine Pruidze, Giorgi Kaxiani, Anri Oxanaşvili, Eka Beselia, Mamuka Mdinaradze, Arçil Talakvadze, İrakli Sesiaşvili, İrakli Beraiadır.

Qanunlayihənin müəllifi isə, parlament sədrinin birinci müavini Tamar Çuqoşvilidir.