Parlamentdə Xorava küçəsində baş verən cinayəti öyrənən müvəqqəti istintaq komisiyasının 17 nəfərlik siyahısı səs verməyə çıxardılacaq
2017-ci ilin dekabrın 1-də, Tbilisidə, Xorava küçəsində, iki yeniyetmənin ölümünə səbəb olan cinayət faktının öyrənilməsi üçün yaradılan müvəqqəti istintaq komisiyasının 17 üzvü olacaq.
17 nəfərdən ibarət siyahı bugün parlamentin növbədənkənar iclasında səs verməyə çıxardılacaq.
Məlumdur ki, komisiyanın tərkibində “Avropalı Gürcüstan” partiyasının nümayəndələri də var.
Siyahıda həmçinin, müstəqil deputat Salome Zurabişvili və “Vətənpərvərlər alyansı”-ndan Ada Marşania da var.
Komisiyanın rəhbəri Sergi Kapanadze olacaq.