Zaza saralidze - İnsanları artıq narahat etmirəm, aksiya planlaşdırmamışam
Zaza saralidze - İnsanları artıq narahat etmirəm, aksiya planlaşdırmamışam

Xorava küçəsində öldürülən yeni yetmənin atası Zaza Saralidze bəyan edir ki, aksiyalar planlaşdırmağı artıq düşünmür, çünki onun fəallığı siyasi məqsədlərlə əlaqələndirildi.

Bu barədə bəyanatı Zaza Saralidze Ortaçalada, Daxili İşlər Nazirliyinin binasının önündə, saat yeddidə, ona həmrəy olmaq məqsədi ilə elan aksiya ilə bağlı verdi.

“Mən aksiya planlaşdırmamışam və xalqı artıq narahat etmirəm. Aksiyayı ədalətin bərpa olunmasını istəyən digər şəxslər planlaşdırıblar. Mən keçirdiyim etiraz aksiyalarını siyasi fəaliyyətlə əlaqələndirdilər, halbuki heç bir partiyadan mənə dəstək olmasını istəməmişəm, ona görə də, artıq aksiyalar keçirməyi düşünümürəm” – dedi Zaza Saralidze.

Sosiyal şəbəkədə Zaza Saralidzeyə dəstək aksiya planlaşdırıldı, hansı ki, saat 7-də, Daxili İşlər Nazirliyinin qabağında keçiriləcək.