Parlamentdə İctimai Yayımçının Qəyyumlar Şurasının üzvlüyünə namizədlərin seçilməsinə dair müsabiqə komissiyası ilə bağlı qətnamə layihəsi müzakirə edilib
Parlamentdə İctimai Yayımçının Qəyyumlar Şurasının üzvlüyünə namizədlərin seçilməsinə dair müsabiqə komissiyası ilə bağlı qətnamə layihəsi müzakirə edilib.Qətnamə layihəsini parlamentin sədri, Archil Talakvadze təqdim edib.
Komissiyanın tərkibindədirlər: Eka Xoperia – “City” jurnalının redaktoru və təsisçisi; Sopo Narçemaşvili – TV aparıcısı, jurnalist; Mariam Qogosaşvili – Jurnalistlərin Etika Xartiyasının icraçı direktoru; Tornike Quruli – İlia Dövlət Universitetinin professoru; Davit Tsxadadze – kinematoqraf, sənətşünas; Mako Jaoşvili – ″Alterbridge″ Beynəlxalq Universitetinin pro-rektoru; Ermile Mesxia – Batumi Dövlət İncəsənət Tədris Universitetinin rektoru; Ani Kiknadze – “Obiektivi” Media Birliyi, İnformasiya Xidmətinin rəhbəri və Qiorqi Noniaşvili – İlia Dövlət Universitetinin tədqiqatçısı, dəvət olunmuş müəllim.
Deputatlar Talakvadzeyə , konkret olaraq qeyd olunan namizədlərin kim tərəfindən irəli sürüldüyünə dair sual ünvanladılar. Parlament sədrinin sözlərinə görə, komissiyanın tərkibi müxtəlif siyasi qruplar, həmçinin akademik dairələr və sektorun özü tərəfindən irəli sürülüb.
Eyni zamanda, parlament sədrinin sözlərinə görə, İctimai Yayımçı informasiya , gündəlik fəaliyyət, eləcə də mühüm ictimai media layihələr istiqamətində fəaliyyətini əvvəlki illərdə olduğundan daha effektiv şəkildə həyata keçirir.
Parlament sədrinin də qeyd etdiyi kimi, “Teleməktəb” pandemiya zamanı xüsusilə uğurlu təşəbbüs idi.
İctimai Yayımçının Qəyyumlar Şurasına üzv olmaq üçün elan olunan müsabiqədə iştirak etmək istəyini on namizəd ifadə edib. Parlamentin saytında yayılan məlumata görə, bunlara: Zaza Abaşidze, Tamar Amaşukeli, Natia Kapanadze, Qriqol Murğulia, Bondo Mdzinaraşvili, Otar Şaorşadze, Dodo Şonava, Konstantine Çlaidze, Nino Chalaqanidze və Zaur Xəlilov daxildir.
Parlament cari ilin martın 17-də İctimai Yayımçının Qəyyumlar Şurasına üzvlüyə üç yeni namizəd seçmək üçün müsabiqə elan edib..
Parlament müsabiqə komissiyası ilə bağlı qətnamə layihəsinə sabah səs verəcək.
Hazırladı-Sevinc Mustafayeva