Parlament yaz sesiyasını bugün bağlayacaq
Parlament yaz sesiyasını bugün bağlayacaq

Parlament yaz sesiyasını bugün bağlayacaq.

Reqlamentə əsasən, yaz sesiyası iyunun son cümə günü bağlanmalıdır.

Müvafiq olaraq, yaz sesiyası bugün dövlət himninin fonunda bağlanacaq.

Parlamentdə müəyyən qanunlayihələrin təsdiqlənməsi zərurətinə görə, parlament fəaliyyətini növbədənkənar iclaslar formatında davam edəcək.

Reqlamentə əsasən, payız sesiyası sentyabrın ilk çərşənbə axşamı başlayacaq.