Parlament   „Teleməktəb“ ilə əlaqədar „Yayımçılıq ilə bağlı“ qanunlayihəni ikinci  dinləmə ilə qəbul edib
Parlament   „Teleməktəb“ ilə əlaqədar „Yayımçılıq ilə bağlı“ qanunlayihəni ikinci  dinləmə ilə qəbul edib

 

 Parlament  təhsil layihəsi „Teleməktəb“ ilə əlaqədar „Yayımçılıq ilə bağlı“ qanunlayihəni ikinci  dinləmə ilə,76 səs lehinə qəbul edib.

 Dəyişikliklərin üçüncü dinləmə ilə sabahkı plenar iclasda müzakirəsi planlaşdırılır.

Qanunlayihədə qeyd olunub ki, yayımçının, inzibati orqan, siyasi partiya, vəzifəli şəxs və dövlət qulluqçusu tərəfindən maliyyələşdirilməsi, habelə xidmətlərinin satın alınması və yayımçının  proqramının hazırlanması və / və ya yayımlanması üçün birbaşa və ya dolayı maliyyələşdirmə və ya birgə maliyyələşdirilmə qadağan olunur. İnzibati orqan tərəfindən  maliyyələşdirilmiş təhsil,mədəni,ictimai təhlükəsizlik və nizam-intizamın qorunması ilə bağlı proqramlar istisna təşkil edir.

Bəhsi keçən dəyişikliklərə müvafiq  olaraq, İctimai Yayımçının  siyasi partiya, vəzifəli şəxs və dövlət qulluqçusu  tərəfindən maliyyələşdirilməsi qadağan ediləcək, lakin inzibati orqan tərəfindən maliyyələşdirilməsinə  icazə veriləcək.  

 

 

 

Hazırladı-Sevinc Mustafayeva