Parlament təhsil layihəsi „Teleməktəb“ ilə əlaqədar „Yayımçılıq ilə bağlı“ qanunlayihəni birinci dinləmə ilə qəbul edib
 Parlament təhsil layihəsi „Teleməktəb“ ilə əlaqədar „Yayımçılıq ilə bağlı“ qanunlayihəni birinci dinləmə ilə qəbul edib

 

 Parlament təhsil layihəsi „Teleməktəb“ ilə əlaqədar „Yayımçılıq ilə bağlı“ qanunlayihəni birinci dinləmə ilə qəbul edib.

 Qanunlayihədə qeyd olunub ki, yayımçının, inzibati orqan, siyasi partiya, vəzifəli şəxs və dövlət qulluqçusu tərəfindən maliyyələşdirilməsi, habelə xidmətlərinin satın alınması və yayımçının  proqramının hazırlanması və / və ya yayımlanması üçün birbaşa və ya dolayı maliyyələşdirmə və ya birgə maliyyələşdirilmə qadağan olunur. İnzibati orqan tərəfindən  maliyyələşdirilmiş təhsil,mədəni,ictimai təhlükəsizlik və nizam-intizamın qorunması ilə bağlı proqramlar istisna təşkil edir.

Təhsil Komitəsinin sədri Qennadi Marqvelaşvilinin Gürcüstanın Birinci Kanalına  verdiyi məlumata görə, bu dəyişikliklərə uyğun olaraq, İctimai Yayımçının  siyasi partiya, vəzifəli şəxslər və dövlət qulluqçuları tərəfindən maliyyələşdirilməsi qadağan ediləcək, lakin inzibati orqan tərəfindən maliyyələşdirilməsinə  icazə veriləcək. Qanunlayihənin ikinci dinləmə ilə müzakirəsi sabahkı plenar iclasa planlaşdırılıb.

Birinci dinləmədə 73 deputat layihəni dəstəklədi.

 

Hazırladı-Sevinc Mustafayeva