Parlament, maskanın məcburi qaydada  istifadəsi ilə əlaqədar qanunvericilik dəyişikliklərini birinci dinləmə ilə təsdiqlədi
Parlament, maskanın məcburi qaydada  istifadəsi ilə əlaqədar qanunvericilik dəyişikliklərini birinci dinləmə ilə təsdiqlədi

 

 Parlament, maskanın məcburi qaydada  istifadəsi ilə əlaqədar qanunvericilik dəyişikliklərini birinci dinləmə ilə,73 səs lehinə  təsdiqləyib.Qanunlayihəni bugünkü plenar iclasda birinci dinləmə ilə müzakirə ediblər.

Qanunlayihə ilə , qapalı ictimai yerdə  maska taxma qaydalarının pozulması və ya qapalı ictimai yerə  maska taxmayan  bir şəxsin daxil olmasına icazə verilməsi , fiziki şəxsin 20 lari , qapalı ictimai yerin  sahibi olan   hüquqi şəxsin isə 500 lari cərimələnməsi ilə nəticələnəcək.

Dəyişikliklərlə, ictimai nəqliyyat  və metro ilə hərəkət zamanı maska taxma qaydasının pozulması-sərnişin və sürücünün 20 lari miqdarında cərimələnməsinə nəzərdə tutur.

Eyni zamanda (M1 kateqoriyalı) taksi ilə yerdəyişərkən  maska taxma qaydalarının pozulması sərnişin və ya sürücünün   20 lari cərimələnməsi  ilə nəticələnəcək.

Bundan əlavə təcrid və karantin qaydalarının pozulması ,fiziki şəxsin 2000 lari,hüquqi şəxsin isə 10 000 lari cərimələnməsi ilə nəticələnəcək.

Hazırladı-Sevinc Mustafayeva