Parlament çoxluğunun "Gürcü Arzusunun" mərkəzi ofisindəki iclası etiraz aksiyası fonunda keçirilir
Parlament çoxluğunun "Gürcü Arzusunun" mərkəzi ofisindəki iclası etiraz aksiyası fonunda keçirilir

Parlament çoxluğunun “Gürcü Arzusunun” mərkəzi ofisindəki iclası etiraz aksiyası fonunda keçirilir. Etiraz aksiyasına “Avropa Gürcüstanı”-nın üzvü elene Xoştaria başçılıq edir.

Müxalifət deputatının dediyinə görə, etiraz edənlər iqtidar partiyasının üzvləri üçün “ayıb koridoru” yaradırlar və partiya ofisinə daxil olan hər bir deputatı içəri lozunqlarla yola salırlar.

Aksiya zamanı deputat Leri Xabelovla insindent baş verdi və hadisə yerində polis səfərbər olunub.

İqtidar partiyasının iclasında parlamentdə proporsiyonal seçki sistemi ilə bağlı qanunlayihənin ləğv olunmasından sonra baş verən hadisələrlə bağlı müzakirə aparılır.