Parlament qarşısında planlaşdırılmış aksiyaya "Milli Hərəkatın" və başqa partiyaların fəalları bölgələrdən də birləşəcəklər
Parlament qarşısında planlaşdırılmış aksiyaya "Milli Hərəkatın" və başqa partiyaların fəalları bölgələrdən də birləşəcəklər

Tbilisidə, Parlament qarşısında planlaşdırılmış aksiyaya “Milli Hərəkatın” və başqa partiyaların fəalları bölgələrdən də birləşəcəklər. “Milli Hərəkatın” fəallarının bir hissəsi Kutaisi İdman Sarayı qarşısında toplaşdı. Onların dediyinə görə, Tbilisidə aksiyada iştirak etmək üçün artıq 200 qədər insan artıq yoldadır.

Aksiya iştirakçıları bəyan edirlər ki, Bidzina İvanişviliyə layiqli cavab verəcəklər, çünki o, gürcü xalqını aldatdı.

Bundan başqa aksiyada iştirak etmək üçün “Milli Hərəkatın” 100-ə qədər üzvü və tərəfdarı Potidən də tərpəndi.

Həmçinin aksiyada iştirak emək üçün “Milli Hərəkatın” üzvləri və tərəfdarları Sameqrelodan da birləşirlər. Onlar Senaki munisipalitetinin Nosiri kəndində toplaşdılar və Tbilisiyə mikroavtobus və minik maşınları ilə gəlirlər.

Parlament qarşısında partiyalar və mülkü fəalların aksiyası saat 15:00 üçün planlaşdırılıb.

Aksiya iştirakçılarının əsas tələbi Parlament seçkilərinin proporsional sistemi ilə keçirilməsi, hökumətin istefası və MSK-nın indiki tərkibinin dəyişdirilməsidir.