Parlament binası qarşısında etiraz aksiyası keçirilir
Parlament binası qarşısında etiraz aksiyası keçirilir

Parlament binası qarşısında “məhbuslara amnistiya” etiraz aksiyası keçirilir. Aksiya iştirakçıları bütün məhbuslar üçün cəzanın dörddə bir ilə azaldılmasını tələb edirlər.

Hakimiyyəti onlar birdəfəlik humanist aktının dərc olunmasına doğru çağırırlar. Aksiyada məhkumların valideynləri də iştirak edilər.

“Amnistiyanı mənə aid et” hərəkatının üzvləri Parlament qarşısında keçirilən aksiyaya Azadlıq Meydanından yürüşlə qatıldılar.

Toplaşanlar Parlamentin İnsan Hüquqları Müdafiəsi Komitəsinin sədri, Mixeil Sarcveladze ilə görüş tələb edirlər.

Parlamentin növbədən kənar iclasında bu gün “amnistiya haqqında” qanunlayihəni üçüncü dinləmə ilə müzakirə edirlər.

Məlumdur ki, qanunlayihə 80-ə qədər maddəyə, 1 500 məhbusa və 6 000-ə qədər şərti məhkuma aid olacaq.

Normativ akt həmçinin Məhkəmənin qərarı ilə cəriməsi müəyyənləşdirilmiş 4 000-ə qədər şəxsə toxunaacaq.