Parlament əksəriyyəti bugün iclas keçirəcək.
Əksəriyyətin lideri Mamuka Mdinaradzenin jurnalistlərə verdiyi məlumata görə, parlament əksəriyyətinin iclası saat 15:00-da başlayacaq. İclasda konstitusiya dəyişiklikləri müzakirə olunacaq.
Mdinaradzenin dediyinə görə, hər şey müəyyən edilib, çünki konstitusiya dəyişikliklərini parlament əksəriyyətinin bütün üzvləri dəstəkləyirlər və 92 səs qarantiyalıdır.
Deputatın dediyinə görə, əksəriyyətin iclasında diskussiya mövzusu həmçinin, “seçki məcəlləsi” üçün hazırlanan dəyişikllər olacaq, hansıların həyata keçirilməsi gələn həftədən başlayacaq.
Konstitusiya dəyişikliklərinin qəbulu üçün 113 deputatın səsi lazımdır.
Layihəyə görə, 2020-ci ilin parlament seçkiləri 120/30 seçki modeli ilə keçirilməlidir.