Parlament 2020-ci ilin dövlət büdcəsini təsdiqlədi
Parlament 2020-ci ilin dövlət büdcəsini təsdiqlədi

Parlament 2020-ci ilin dövlət büdcəsini leyhinə 83 və aleyhinə 1 səslə təsdiqlədi.

2020-ci ili büdcəsi 14 554.2 milyon lari olacaq.

Büdcə defisiti 2,4% faizdir. İnflyasiya göstəricilərinə gəlincə isə, proqnozlara əsasən, Milli Bankın göstəricilərinə görə, inflyasiya rəqəmi 3%-dir.

Gələn ilin büdcəsindən sosiyal xərclərə 300 milyon lari ayrılıb.

Yanvarın 1-dən pensiyalar 20 lari ilə artacaq. İyulun 1-dən isə, yenə 30 lari ilə artacaq.

Müəllimlərin maaşlarının artırılması üçün 120 milyon lari ayrılıb.

Gələn il (2020-ci ildə) müəllimlərin maaşları 150 lari ilə artacaq.

Həmçinin, polis əməkdaşlarının, yanğın söndürmə xidməti əməkdaşlarının, hərbi xidmətçilərin, tibb işçilərinin və uşaq bağçası müəllimlərinin maaşlarının artırılması da nəzərdə tutulur.

Büdcədən Regional İnkişaf və İnfrastruktur Nazirliyi üçün ayrılacaq məbləğ 2 milyard 070 milyon lari olacaq.