Mamuka Baxtadze - 2017-ci ilin büdcəsinə əvvəlki il ilə müqayisədə 12 faizlə artıq məbləğ daxil oldu
Mamuka Baxtadze - 2017-ci ilin büdcəsinə əvvəlki il ilə müqayisədə 12 faizlə artıq məbləğ daxil oldu

Maliyyə naziri, Mamuka Baxtadzenin bəyan etdiyinə görə, 2017-ci ilin büdcəsi, necə gəlirlər, eləcə də xərclər hissəsində yerinə yetrildi. Gəlirlər hissəsində 131 milyon lari artım var.

Əvvəlki il ilə müqayisədə büdcəyə 12 faizlə artıq məbləğ daxil oldu. Həmçinin planlaşdırılmış 3.5 faiz əvəzinə, büdcənin defisiti 3 faizi təşkil etdi.

Bu gün təşkil edilən brifinqdə Baxtadze iqtisadiyyatda qeydə alınmış tendesiyalardan danışdı. ixracatın artımı 2017-ci ildə 29 faizi, turizm gəlirləri artımı isə 27 faizi təşkil etdi.

 

2019-cu ilin yanvarın 19-da, Gürcüstan Maliyyə naziri, Mamuka Baxtadze 2017-ci ilin fiskal ilini cəmləşdirdi və əldə olunan fiskal parametrlərdən danışdı.

Maliyyə nazirinin məlumatına görə, 2017-ci il əhəmiyyətli dinamika ilə xüsusiyyətlənirdi.

“2017-ci ilin büdcəsində mahiyyətli fiskal siyasət qeydə alındı. İslahat özəl bölmənin inkişafı və yeni iş yerlərinin yaradılması üçün əhəmiyyətli resurs yaratdı.

 

 

2017-ci il planlaşdırılmış fiskal parametrlərin yerinə yetirilməsi baxımından da pozitiv idi:

büdcə defisiti göstəricisi  planlaşdırılmış 3.5 faizdə əhəmiyyətli dərəcədə aşağıdır və 3 faiz çərçivəsindədir;

birləşdirilmiş büdcədə vergi gəlirləri 38,9 milyon lari ilə artıq oldu;

əlavə olaraq, 130 milyonluq resurs vergi gəlirlərinin əvəzinə vergi artığının qaytarılması hesabına göndərildi;

birləşdirilmiş büdcədədən 3 milyard 300 milyondan artıq lari kapital layihələrin maliyyələşdirilməsinə göndərildi;

inzibati xərclərin optimallaşdırılması baxımından qeyd olunasıdır ki, əmək haqqı hissəsində, birləşdirilmiş büdcədən ümumilikdə, 100 milyondan artıq lari azaldılıb.

Dövlət büdcəsinin yerinə yetirilməsi göstəricilərinə gəldikdə, bu hissədə 2017-ci ili pozitiv başa vurduq, dövlət büdcəsi, necə gəlirlər, eləcə də xərclər hissəsində yerinə yetrildi.

Büdcə Məcəlləsinə müvafiq olaraq, dövlət büdcəsinin yerinə yetirilməsi hesabatı dünən parlamentə göndərildi.

Büdcənin gəlıirlər hissəsi 131,5 milyonluq artımla yerinə yetrildi və 11 milyard 618,7 milyon larini təşkil etdi. Əvvəlki il ilə müqayisədə büdcəyə 12 faizlə, 1 milyard 244,6 milyon lari ilə artıq məbləğ daxil oldu”, – Maliyyə Nazirliyinin məlumatında deyilir.

 

Büdcənin xərclər hissəsi də 100 faiz ilə yerinə yetirilib. Dövlət büdcəsindən  11 milyard 764,8 milyon lari xərclənib.

Hər bir nazirliyin büdcənin yerinə yetirilməsi göstəriciləri 100 faizə yaxındır.

Büdcə təşkilatlarının yanvar biri üçün əncamında mövcud olan qalıq: 1 milyard 893,7 milyon lari.